Quterreş Kiprə səfər edəcək

Dünya

17.07.2026 - 14:15

BMT Baş katibinin Kiprə səfəri planlaşdırılır

Səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq BMT-nin Baş katibi Antonio Quterreş Kiprə son səfərini edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, BMT Baş katibinin Kiprin türk və yunan hissələrinin liderləri ilə görüşlərinin 27-28 iyul tarixlərində keçirilməsi gözlənilir.

Səfər zamanı Quterreşi BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Mariya Anxela Olqin Kuelyar müşayiət edəcək.

Qarşıdan gələn ikitərəfli və üçtərəfli müzakirələrin məqsədi Kipr üzrə tammiqyaslı danışıqların bərpasıdır.

Quterreş Şimali Kipr Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və adanın yunan hissəsinin lideri Nikos Xristodulideslə birlikdə BMT sülhməramlı missiyasının adadakı qərargahında ayrıca görüş keçirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş