“Junge Welt”: Ukraynanın Aİ-yə qəbulu 2035-ci ilə qədər mümkün deyil

Dünya

17.07.2026 - 13:18

Aİ genişlənmə konfransından sonra yalnız Monteneqro üzvlük üçün ən yaxın perspektivlərə malik olub

Avropa ölkələri Ukrayna rəhbərliyinin ümid etdiyi kimi, Kiyevə 2028-ci ildə Avropa İttifaqına (Aİ) qoşulmaq üçün zəmanət verə bilməyiblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Junge Welt” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Brüsseldə keçirilən Aİ genişlənmə konfransından sonra yalnız Monteneqro üzvlük üçün ən yaxın perspektivlərə malik olub. Digər tərəfdən, Ukrayna, Albaniya və Moldova danışıqlar prosesinin tez bir zamanda başa çatması ehtimalı ilə bağlı heç bir aydın siqnal almayıblar.

Nəşr iddia edir ki, "Ukrayna Prezidenti Volodimir Zelenskinin təyin etdiyi 2028-ci il qəbul tarixi qeyri-real hesab olunur".

Avropalı diplomatlar hesab edirlər ki, Ukraynanın Aİ-yə qəbulu 2035-ci ildən əvvəl mümkün deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş