Respublikaçı lider Nümayəndələr Palatasına nəzarətin geri qaytarıldığını açıqlayıb

Dünya

09.11.2022 - 12:16

cedabet dərman SEO Xidməti

Makkarti: "Sabah oyandığınız zaman biz çoxluqda olacağıq”

ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasındanolan lideri Kevin Makkarti Kaliforniyadan yenidən seçilib. AYNA-nın məlumatına görə, CNN xəbər verir ki, Nümayəndələr Palatasının hazırkı tərkibində o, respublikaçı azlığın lideridir.

Makkarti artıq respublikaçıların Nümayəndələr Palatasına nəzarəti bərpa edəcəyinə əmin olduğunu bildirib: "Sabah oyandığınız zaman biz çoxluqda olacağıq və Nensi Pelosi azlıqda olacaq".

Partiya cari seçkilərdə çoxluğu qazanarsa, Respublikaçı Partiyanın lideri Nümayəndələr Palatasının yeni spikeri ola bilər.

Yeni komanda 2023-cü ilin yanvarından işə başlayacaq. NBC-nin proqnozlarına görə, Respublikaçılar Partiyası Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcək. Yekun hesablamalar hələ yekunlaşdırılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş