Peskov: “Bu günlərdə Putinlə Tramp arasında heç bir əlaqə olmayıb”

Dünya

03.03.2025 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

"İctimaiyyətə açıqlanmalı olan heç bir əlaqə olmayıb"

“Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında bu günlərdə heç bir əlaqə olmayıb”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"İctimaiyyətə açıqlanmalı olan heç bir əlaqə olmayıb", - deyə Kreml rəsmisi qeyd edib.

Daha əvvəl CNN xəbər verib ki, Rusiya və ABŞ liderlərinin “həmişə gündəmdə olan” görüşünə hazırlıqlar indi sürətləndiriləcək. Bundan əlavə, Rusiya və ABŞ arasında Fars körfəzi ölkələrindən birində baş tuta biləcək danışıqlara hazırlıq gedir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş