İtaliyada koronavirus qurbanlarının sayı 13 mini ötdü

İtaliyada koronavirus qurbanlarının sayı 13 mini ötdü

İtaliyada koronavirus qurbanlarının sayı sürətlə artır

 

İtaliyada son sutkada daha 727 nəfər koronavirusdan ölüb.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 13 155-ə çatıb.

 

Bundan başqa, ölkədə 4 782 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, infeksiya daşıyıcılarının rəsmi sayı 110 574 nəfərə çatıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 894 000-i ötüb. Bunların 189 470 nəfəri sağalıb, 45 050 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az      1 Aprel 2020 20:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin