Netanyahunun məsləhətçisi koronavirusa yoluxub

Netanyahunun məsləhətçisi koronavirusa yoluxub

Netanyahu 14 gün karantində qalmalı ola bilər

 

İsrailin Baş Nazirinin ultraortodoksal icmasının işləri üzrə köməkçisi Rivka Palux yeni növ koronavirusa yoluxub.

 

AYNA APA-ya istinadən xəbər verir ki, 64 yaşlı Palux əri bu diaqnozla xəstəxanaya yerləşdirildikdən sonra özü də müayinədən keçmək məcburiyyətində qalıb. Qadın cümə axşamı hökumət başçısı ilə də əlaqədə olub, ancaq Netanyahu administrasiyası onların görüşü zamanı lazımi məsafənin qorunduğunu vurğulayıb. Bildirilir ki, Netanyahu Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq 14 gün karantində qalmalı ola bilər.

 

Paluxun vəziyyəti barədə məlumat verilmir.

Müəllif: Ayna.az      30 Mart 2020 08:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin