Şahzadə Mariya Tereza koronavirusdan ölüb

Şahzadə Mariya Tereza koronavirusdan ölüb

Koronavirus can almaqda davam edir

 

Artıq Covid-19-dan həyatını itirənlərin sayı bütün dünyada 30848-ə çatıb. Virusa yoluxanların sayı isə 664 min 924-ə yüksəlib. 140 min 222 nəfər virusdan sağalıb.

 

AYNA xarici mətbuata istinadən koronavirusla bağlı son məlumatları təqdim edir:

 

İtaliyada sürətlə yayılan virus son 24 saat ərzində 889 nəfərin həyatına son qoyub. Beləliklə, İtaliyada ölənlərin sayı 10 min 23 nəfərə yüksəlib. 92 min 472 adam isə virusdan hələ də əziyyət çəkir.

 

İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kiyanuş Cihanpur dünən keçirdiyi mətbuat konfransında ölkədə koronaviurs səbəbiylə ölənlərin sayının 2 min 517-ə çatdığını, virus diaqnozu qoyulanların sayının isə 35 min 408-ə yüksəldiyini bildirib. 

 

ABŞ isə virusa yoluxanların sayına görə Çin və İtaliyanı geridə qoyub. Birləşmiş Ştatlarda 124 min 665 nəfər virus daşıyıcısıdır ki, onlardan 2 min 191 nəfəri vəfat edib. 

 

Almaniyada virusa youxanların sayı 57 min 695-ə yüksəlib, 433 nəfər dünyasını dəyişib.

 

Fransada 38 min 105 insan virusa yoluxub və onlardan 2 min 317 nəfəri ölüb. 

 

İspaniyada virusa yoluxanların sayı 73 min 235-ə çatıb. Həyatını itirənlərin sayı isə 5982-ə yüksəlib. Bundan əlavə, İspaniya kral ailəsinin 86 yaşlı şahzadəsi Mariya Tereza xəstəliyə qalib gələ bilməyib və vəfat edib. 

 

İngiltərədə koronavirus səbəbiylə ölənlərin sayının 1021, yoluxanların sayının 17 min 312-ə yüksəldiyi bildirilib. 

 

Koronavirusdan ilk ölüm faktları isə Yeni Zelandiya, Toqo, Mali və Uruqvayda baş verib. 

Müəllif: Mərahim Nəsib      29 Mart 2020 13:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin