Everestə ekspedisiyalar ləğv edildi

Everestə ekspedisiyalar ləğv edildi

Koronavirus bəlasına görə dağ turizminin itkisini hesablamaq çətin deyil

 

Everest dağına koronavirusun baş verdiyi üçün ekspedisiya mövsümü müvəqqəti bağlanıb. AYNA xarici mediaya əsasən xəbər verir ki,  Nepal hökuməti 14 martdan 30 aprelə qədər dağda bütün ekspedisiya iznlərinin ləğv olunduğunu bəyan edib.

 

Çinisə artıq dağın şimaldan nəzarətində olan hissəsindəki ekspedisiyaları çoxdan ləğv etmişdi.

 

Məlumata görə, Nepal hər il Everestə dırmanma icazəsi üçün, geniş turizm gəlirindən əlavə 4 milyon dollar qazanır. Dağa ən çox alpinist ABŞ, Hindistan, Çin, İngiltərə, Yaponiya və Cənubi Koreyadan gəlir  və bu, Nepal hökuməti üçün əsas gəlir mənbəyidir.

 

Məlumat üçün deyək ki, Everestə qalxmaq istəyən hər kəs hökumətə 11000 dollar (8,700 funt) ödəməlidir. Koronavirus bəlasına görə dağ turizminin itkisini hesablamaq çətin deyil.

 

Hazırda Nepalda təsdiqlənmiş bir virus hadisəsi var, lakin ölkə 70-dən çox yoluxma faktı olan Hindistanla həmsərhəddir. Buna baxmayaraq, Nepal hökuməti vətəndaşlarından, nikah və ictimai funksiyalar da daxil olmaqla, kütləvi toplanışlardan çəkinmələrini istəyib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyanın 118 ölkəsində 125 mindən çox insana Covid-19 diaqnozu qoyulub. Ölənlərin ümumi sayı 4600-dən çoxdur.

Müəllif: Ayna.az      13 Mart 2020 13:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin