Məşhur aktyor və xanımı koronavirusa yoluxub

Məşhur aktyor və xanımı koronavirusa yoluxub

Hazırda onlar karantin altında saxlanılırlar

 

Hollivud aktyoru Tom Hanks və həyat yoldaşı Rita Vilson Avstraliyada koronavirus müayinəsindən keçiblər, nəticələr isə pozitiv çıxıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, hər ikisi 63 yaşlarında olan aktyor və həyat yoldaşı Queenslandda soyuqdəymə, halsızlıq ilə həkimə müraciət ediblər, nəticədə onların Covid-19-a yoluxduqları məlum olub.

 

Tom Hanks öz sosial şəbəkə hesabında bu barədə yazıb: “Bədənimiz ağrayırdı, yorğun olurduq, soyuqlamışdıq. Ritanın ara-sıra titrəmələri olurdu. Müraciət etdik, virus aşkarlandı”.

Məlumatda bildirilir ki, onlar hazırda izolə olunmuş vəziyyətdə saxlanılır.

 

Qeyd edək ki, amerikalı cütlük T.Hanksin Elvis Preslinin həyatı haqqında bir film üzərində işlədiyi səbəbindən Avstraliyaya gəlib.

Müəllif: Ayna.az      12 Mart 2020 13:01
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin