Britaniyada koronavirusdan ölənlərin sayı artıb

Britaniyada koronavirusdan ölənlərin sayı artıb

Son sutka ərzində koronavirusa yoluxanların sayı 83 nəfər artıb

 

Böyük Britaniyada daha iki nəfər koronavirusun səbəb olduğu infeksiya nəticəsində dünyasını dəyişib.

 

AYNA “TASS”-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin Səhiyyə İdarəsi məlumat yayıb.

 

Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 83 nəfər artaraq, ümumilikdə 456 nəfərə çatıb.

 

Bundan əvvəl 6 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi.

 

“Xəstələrdən biri Dadli şəhərində həyatını itirib. Daha bir nəfər isə Uorkşir qraflığında dünyasını dəyişib”, - deyə məlumatda qeyd olunur.

Müəllif: Ayna.az      12 Mart 2020 06:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin