Təhsil naziri: “Kişi və qadın müəllimlərin sayı qısa müddətdə bərabərləşə bilməz”

Təhsil naziri: “Kişi və qadın müəllimlərin sayı qısa müddətdə bərabərləşə bilməz”

Ceyhun Bayramov: “Son illərdə müəllim olmaq istəyən kişilərin sayında artım var”

 

“Azərbaycanın təhsil sistemində, məktəblərdə qadınlar üstünlük təşkil edirlər. Təhsil sistemində çalışan kişilərlə qadınların nisbətinin qısa müddət ərzində bərabərləşəcəyini gözləmək düzgün olmaz”

 

AYNA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq kişilərin də müəllimlik peşəsinə maraqlarının artdığı müşahidə olunur.

 

“Son illərdə müəllim olmaq istəyən kişilərin sayında da artım var. Biz bunu böyük məmnunluq hissi ilə qarşılayırıq. Təbii ki, hər zaman balansın qorunması vacib məsələlərdən biridir”, - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az      12 İyul 2019 12:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin