Yasamaldakı yanğın barədə son məlumat

Yasamaldakı yanğın barədə son məlumat

Hadisə binanın 11-ci mərtəbəsində qeydə alınıb

 

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə binanın 11-ci mərtəbəsində qeydə alınıb.

 

Ümumi sahəsi 145 m² olan 3 otaqlı mənzilin eyvanında su qızdırıcısı və ev əşyaları 6 m² sahədə, yataq otağında 1 ədəd çarpayı yanıb. Yüksək temperaturdan eyvanın plastik qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      24 Fevral 2020 14:47
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin