Romada İlham Əliyevin şərəfinə dövlət ziyafəti verildi - FOTOLAR

Romada İlham Əliyevin şərəfinə dövlət ziyafəti verildi -       FOTOLAR

Dövlət başçıları ziyafətdə çıxış ediblər

 

Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

 

AYNA xəbər verir ki, ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

 

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

 

Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

 

Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.









Müəllif: Ayna.az      21 Fevral 2020 07:12
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin