Ukrayna parlamentində Azərbaycan üçün həssas qərar gözlənilir

Ukrayna parlamentində Azərbaycan üçün həssas qərar gözlənilir

Nə qədər ki, Arsen Avakov Ukraynanın Daxili İşlər naziridir, bu ölkədəki erməni diasporu təxribatlarına ara verməyəcək

 

Azərbaycanla Ermənistan arasında lobbi və maraq mübarizəsi Ukraynaya keçib. Ukraynadan bir gün fərqi ilə gələn iki xəbər bundan xəbər verir.

 

Birinci xəbər. Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi xəbəri yayıldı. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupu və Ali Radanın Xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıblar və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul edib. Ukrayna parlamentinin bu sıraya qoşulması Ukrayna-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq bu məqamda Ukraynadan başqa bir xəbər də gəldi.

 

İkinci xəbər. Ukrayna Ali Radasında xanım deputat Darya Volodinanın “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi qeydə alınıb. Maraqlıdır ki, Darya Volodina Prezident Vladimir Zelenskinin rəhbəri olduğu “Xalqın qulluqçusu” partiyasının üzvüdür. Darya Volodina parlamentdə Maliyyə, gömrük və vergi komitəsinin üzvüdür. Bunun özü də sual doğurur ki, dəxli olmayan komitənin üzvü nədən “erməni soyqırımı” mövzusuna maraq göstərir?

 

Ukrayna parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı təşəbbüsün müzakirəyə açılması ilə eyni gündə “erməni soyqırımı” məsələsinin də qabardılması təsadüfi deyil. Bu, Ukraynada azərbaycanılarla erməni diasporları arasında gedən mübarizənin təcəssümüdür. Ukraynada azərbaycanlılarla ermənilərin sayı, təxminən eynidir. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Ukraynadakı erməni daisporunun arxası daha güclüdür, ermənilərin Arsen Avakov kimi güclü naziri var ki, onu hətta Vladimir Zelenski vəzifəsindən uzaqlaşdıra bilmir.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi      19 Fevral 2020 11:56
Siyasət bölməsinə aid digər xəbərlər
8 İyul
13:29
Poliklinikalar dərdə dərman ola bilmir – Evdə müalicə problemi
8 İyul
10:29
Xalqdan mandat almışam və istədiyim adamı yerimə təyin edəcəm – Putin haqda “ballada”
7 İyul
22:58
Oyun içində oyun: “Pokeri masada görsəniz, təəccüblənməyin”
7 İyul
20:38
QHT-lərin pandemiyada icazə problemi: Layihələri necə icra etsinlər?
7 İyul
19:07
Azərbaycanda daha 537 nəfər yoluxub
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin