Qənirə Paşayeva barəsində yazılanlara aydınlıq gətirdi

Qənirə Paşayeva barəsində yazılanlara aydınlıq gətirdi

"Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq"

 

Parlament seçkilərində 105 saylı Tovuz Seçki Dairəsindən lider namizədi seçilmiş Qənirə Paşayeva sosial şəbəkələrdə və sosial mediada, Milli Məclisin spikeri olacağı barədə yayılmış məlumatlara münasibət bildirib.

 

AYNA xəbər verir ki, Q.Paşayeva yayılmış xəbərlərin əsassız olduğunu deyib: "Sosial mediada, bəzi media orqanlarında mənim Milli Məclis sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır. Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır, mən isə bitərəfəm". 

 

"Digər tərəfdən, yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsinlər. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm", - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Qənirə Paşayeva bundan öncə 3 dəfə 105 saylı Tovuz Seçki Dairəsindən millət vəkili seçilib.

Müəllif: Ayna.az      14 Fevral 2020 17:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin