Dəhşətli qəzada çox sayda insan ölüb

Dəhşətli qəzada çox sayda insan ölüb

Sərnişin avtobusu ilə yük maşını toqquşub

 

Hindistanda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində dəhşətli qəza meydana gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 13 nəfər ölüb, 31 nəfər isə yaralanıb.

 

Uttar Pradeş ştatında meydana gələn qəzanın yaranmasına səbəb sərnişin avtobusu ilə yük maşınının toqquşması olub.

 

Hindistan təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamda, sərnişin avtobusunda 45 nəfərin olduğu və xəsarət alanların xəstəxanalara sövq edildiyi bildirilib.

Müəllif: Ayna.az      13 Fevral 2020 14:10
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin