Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə vətəndaşının avtomobilində külli miqdarda siqaret aşkarlanıb

Türkiyə vətəndaşının avtomobilində külli miqdarda siqaret aşkarlanıb

Faktla bağlı araşdırma aparılır

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Travego 17 SHD " markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

 

AYNA Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilən 400 ədəd "Marlboro edge", 400 ədəd "Parliament" və 6600 ədəd "Marlboro touch" markalı siqaret aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      7 Fevral 2020 16:38
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin