İdman cameəsində daha bir istefa

İdman cameəsində daha bir istefa

Baş məşqçi öz istəyi ilə tutduğu vəzifədən azad edilib

 

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi istefa verib. Bu barədə AYNA-ya Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, 2 ilədək yeniyetmələr və son 1 ildə əsas komandada çalışdığı baş məşqçi postundan səhhətində yaranan problemlərə və ailə vəziyyətinə görə ayrılıb. Vaqif Şirinov ona göstərilən etimad və dəstəyə görə federasiyaya, həmçinin komandadakı həmkarlarına təşəkkürünü bildirib.

 

Qeyd edək ki, bu gün "Zirə" Peşəkar Futbol Klubunun prezidenti Natiq İsmayılov da vəzifəsindən istefa verib.

Müəllif: Ayna.az      9 İyul 2019 16:40
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin