Bu şənbə Azərbaycanda “sükut günü”dür

Bu şənbə Azərbaycanda “sükut günü”dür

Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb

 

Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i, bu həftənin şənbə günü Azərbaycanda “sükut günü”dür.

 

AYNA xəbər verir ki, parlament seçkiləri ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.

 

Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Belə ki, seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılacaq.

 

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Müəllif: Ayna.az      5 Fevral 2020 09:30
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin