Əsas səhifə Haqqımızda Xəbər lenti

Əhaliyə rəsmi xəbərdarlıq: Su qıtlığı yarana bilər

Əhaliyə rəsmi xəbərdarlıq: Su qıtlığı yarana bilər

Qar ehtiyatı əvvəlki illərlə müqayisədə bu il də azdır

 

“Respublika çaylarının sululuğu, əsasən, çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklidə, qar ehtiyatları, onların temperaturdan asılı olaraq ərimə şiddətliyi və yaz dövründə düşən yağıntılar hesabına formalaşır”. AYNA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva ETSN-də keçirilən mətbuat konfransında deyib.

 

U.Tağıyeva qeyd edib ki, adətən qış fəslində dağlıq və dağətəyi rayonlarda qar örtüyünün əmələ gəlməsi noyabr ayının sonu və dekabr ayının əvvəlində başlayır, mart ayında davam edir: "Son illərdə qış dövrünün mülayim keçməsi və şaxtalı günlərin azalması nəticəsində qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur: “Baxmayaraq ki 2019-2020-ci illərin qış dövründə  dağ və dağətəyi zonalarında qar örtüyünün yaranması 2019-cu ilin noyabr ayının 3-cü ongünlüyündə başlanmış və ayrı-ayrı günlərdə davam etsə də, təhlillər göstərir ki, qar ehtiyatı əvvəlki illərlə müqayisədə bu il də azdır. Bunu qonşu Türkiyə və Gürcüstanda Kür və Araz çaylarının hövzələrində toplanan qar ehtiyatları haqqında məlumatlar da təsdiq edir”.

 

“Bu ilin yanvar ayının birinci yarısında respublikanın dağlıq ərazilərinə yağan qar örtüyünün orta hündürlüyü 4.7-9,4 sm (2019-cu ildə 6,5-23,3 sm) təşkil edib. Yağan qar örtüyünün hündürlüyü  2019-cu ilin müvafiq dövrünə yaxın olsa da, Naxçıvan MR-nin dağlıq ərazilərində az  olub. 2020-cu ilin yanvar ayının birinci yarısında dağlıq və dağətəyi rayonlarda düşən  yağıntının miqdarı çoxillik normanın 9-58 faizini təşkil edib”, - deyə Baş hidrometeoroloq bildirib.

Картинки по запросу Umayra Tağıyeva

Milli Hidrometeorologiya Departamentinin direktoru daxili və transsərhəd çaylarda vəziyyət barədə də məlumat verib: “Hazırda çaylarda azsulu dövr müşahidə olunur. Lənkaran-Astara bölgəsinin bəzi çayları istisna olmaqla digər çayların sululuq keçən il ilə müqayisədə azdır.  O cümlədən transsərhəd çaylarında xüsusən də Qanıx çayında sululuq keçən il ilə müqayisədə azdır”.

 

“Yanvar ayının 1-ci yarısında Kür çayının Qıraqkəsəmən məntəqəsində sululuq normanın 68 (2019-cu ildə 80 fazini), Araz çayının Qıvraq məntəqəsində sululuq  normanın 81 (2019-cu ildə 85 fazini), Qanıx çayının Əyriçay məntəqəsində isə sululuq normanın 41  faizinii (2019-cu ildə 97 fazini) təşkil edib. Hazırda respublika ərazisində ən böyük su anbarı olan Mingəçevir su anbarının səviyyəsi 68,13 metr təşkil edir ki, bu da  keçən illə müqayisədə 2,43 metr aşağıdır. Anbarda səviyyənin xeyli aşağı olması anbarın doldurulmasında mühüm rol oynayan Kür və Qanıx transsərhəd çaylarında son illərdə azsulu illərin müşahidə olunması ilə əlagədardır”, - Tağıyeva bildirib.

 

Onun sözlərinə görə, su ehtiyatlarının vəziyyəti narahat edən məsələlərdən biridir: “Əhalinin artımı və iqtisadiyyatın inkisafı  şəraitində dünyada su ehtiyatlarından istifadə sürətlə artır və su  təminatı pisləşir. İqlim dəyişmələri nəticəsində  bu problem daha da kəskinləşir. Hazırda  dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkir və yaxın onilliklərdə bu problemin artacağı proqnozlaşdırılır”.  

 

“İqlimin  dəyişməsi  ölkəmizdə də baş verir. Araşdırmalara əsasən Azərbaycanda  su ehtiyatları gözlənilən iqlim dəyişmələrinin təsirlərinə daha həssasdır. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var. Aydındır ki, iqlim dəyişmələri təsirlərinin qarşısını alımaq mümkün deyil, lakin onların fəsadlarını nisbətən yumşaltmaq olar. Digər tərəfdən, su itkilərinin miqyası böyükdür. Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir”, - Baş hidrometeoroloq vurğulayıb.

Müəllif: Ayna.az      24 Yanvar 2020 15:38
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin