Əsas səhifə Haqqımızda Xəbər lenti

Zakir Həsənov Gürcüstana gedib

Zakir Həsənov Gürcüstana gedib

Azərbaycanın Müdafiə nazirinin qonşu ölkəyə rəsmi səfəri başlayıb

 

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Müəllif: Ayna.az      21 Yanvar 2020 14:07
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin