Əsas səhifə Haqqımızda Xəbər lenti

“Zeytun budağı” Türkiyənin dəstəyi ilə yeni həyata qədəm qoyub

“Zeytun budağı” Türkiyənin dəstəyi ilə yeni həyata qədəm qoyub

Türkiyənin Qaziantep Unversitetinin də Afrin şəhərində yeni şöbəsi fəaliyyətə başlayıb

 

2018-ci ilin mart ayında “Zeytun budağı” əməliyyatıyla terrorçulardan azad olunan Suriyanın Afrin şəhəri Türkiyənin də verdiyi dəstəklə yeni həyata qədəm qoyub. AYNA xəbər verir ki, artıq Afrin şəhərində təhsil, səhiyyə, ticarət və təhlükəsizlik sahəsində bir çox mühim addımlar atılıb.

 

“Zeytun budağı” bölgəsində Türkiyənin dəstəyi ilə 54 minə yaxın şagirdin təhsil gördüyünü vurğulayan bölgənin milli təhsil müdiri Məhəmməd Həsən təhsil sahəsində daha da yüksək nəticələr əldə etmək istədiklərini bildirib: ““Zeytun budağı” bölgəsində 258 məktəb və 54 minə yaxın şagirdimiz var. Bu say Türkiyə hökumətinin sayəsində əldə olunan müvəffəqiyyətdir. Türkiyə dövləti bir çox məktəbimizi təmir edib. Bu il yoxlama şurası, eyni zamanda psixoloji məsləhət şurası yaratdıq. Bütün səylərimizlə daha yüksək naliyyətlər əldə etməyə çalışacağıq”.

 

Bundan əlavə, Türkiyənin Qaziantep Unversitetinin də Afrin şəhərində yeni şöbəsi fəaliyyətə başlayıb. Universitetin afrinlilər üçün böyük bir xəyal olduğunu söyləyən 23 yaşındakı tələbə Zeynəb Əbdülalim Türkiyəyə təşəkkür edib: “Bu universitetin açılması bizim üçün çox xoş oldu. Qaziantep universitetinin bura da bir fakültə açmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Afrində iki ildir ki, həyat çox yaxşıdır. İnanıram ki, universitet oxumağımız Afrin xalqı üçün daha da yaxşı olacaq”.

Müəllif: Ayna.az      21 Yanvar 2020 11:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin