Medvedyev hökumət üzvlərinə təşəkkür edib

Medvedyev hökumət üzvlərinə təşəkkür edib

"Hər zaman insanların maraqlarından çıxış etdik"

 

Rusiyanın sabiq Baş Naziri Dmitri Medvedev Nazirlər Kabinetinin üzvlərinə görülən işlərə görə təşəkkürünü bildirib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Medvedev təşəkkür mətnini “VKontakte” sosial şəbəkəsində yazıb:

 

“Bütün hökumət üzvlərinə, hökumət aparatına bu illər ərzində gördüyümüz böyük işlərə görə minnətdaram. Bu bəzən çox çətin olurdu. Ancaq biz ölkəmizə irəli getməyə, inkişaf etməyə kömək edən həll yolu tapırdıq. Hər zaman insanların maraqlarından çıxış etdik. Və çox şeyə nail olduq. Burada əsas rolu ciddi təcrübə və hökumət üzvlərinin peşəkarlığı oynadı. Bu barədə dövlətimizin başçısı da qeyd edib”.

Müəllif: Ayna.az      16 Yanvar 2020 23:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin