Qərbi Afrikada faciə: Xeyli sayda ölən və yaralanan var

Qərbi Afrikada faciə: Xeyli sayda ölən və yaralanan var

Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu açıqlanıb

 

Qana Respublikasında iki sərnişin avtobusunun toqquşması nəticəsində dəhşətli qəza meydana gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə  nəticəsində 34 nəfər ölüb, 54 nəfər isə yaralanıb.

 

Belə ki, ölkənin cənubunda yerləşən Dompoase şəhəri yaxınlığında səhv istiqamətdə hərəkət edən avtobus qarşıdan gələn digər sərnişin avtobusuna çırpılıb.

 

Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu açıqlanıb.

 

Qeyd edək ki, Qana Respublikası Qərbi Afrikada dövlətdir. Qərbdə Kot dİvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunub.

Müəllif: Ayna.az      15 Yanvar 2020 19:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin