Nazirdən DYP ilə bağlı kəskin qərar

Nazirdən DYP ilə bağlı kəskin qərar

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti tam tərkibdə sərəncama götürülüb

 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verib. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb.

 

Məlumata görə, hazırda bütün heyət iş başındadır, lakin hər kəs indiki vəzifəsində müvəqqətidir. Şəxsi heyətlə bağlı saf-çürük etmə işləri aparılır.

 

Bildirilir ki, yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək. Təsdiqləmə zamanı vəzifəsini itirənlər, başqa yerə təyinat alanlar, aşağı vəzifələrə göndərilənlər də olacaq.

 

DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və Bakı DYP-nin sözçüsü Vaqif Əsədov bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Müəllif: Ayna.az      13 Yanvar 2020 14:16
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin