Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb

Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb

Əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb

 

Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, “Kapan-2” (“Tələ-2”) adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib.

 

Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.

 

Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.

 

Qeyd edək ki, PKK terror qruplaşması 1984-cü ildə meydana çıxıb. PKK silahlıları Türkiyədə sabitliyi pozmaq üçün bir sıra terror aktları təşkil ediblər.

Müəllif: Ayna.az      13 Yanvar 2020 01:10
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin