İranda matəm elan edildi

İranda matəm elan edildi

Süleymaninin dəfn mərasimində xeyli sayda insan həlak olub 

 

İran hökuməti təyyarə qəzası qurbanlarının və Qasım Süleymaninin dəfn mərasimində ölənlərin xatirəsinə yanvarın 9-nu ölkədə matəm elan edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə hökumət rəsmisi Əli Rəbieyi bildirib.

 

Xatırladaq ki, yanvarın 8-də İmam Xomeyni adına hava limanında Tehrandan Kiyevə uçan Ukraynanın “Boeing -737” təyyarəsinin düşməsi nəticəsində 167 nəfər sərnişin, 9 ekipaj üzvü həlak olub.

 

Süleymaninin dəfn mərasimində isə 78 nəfər dünyasını dəyişib.

Müəllif: Ayna.az      8 Yanvar 2020 23:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin