"Amerikalıların gecələrini kabusa çevirəcəyik"

"Amerikalıların gecələrini kabusa çevirəcəyik"

İran ABŞ-a qarşı 13 qisas ssenarisi hazırlayıb

 

İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani general Qasım Süleymaninin qisasını almaq üçün ABŞ-a qarşı 13 ssenari hazırladıqlarını deyib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Ə.Şamxani qisas ssenariləri barədə ətraflı məlumat verməsə də, müəyyən məqamları açıqlayıb.  

 

"Ssenarilərin ən zəifi ondan ibarətdir ki, Amerikanın gecələri kabusa çevriləcək", - deyə o bildirib.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Bu hadisə iki dövlət arasındakı gərginliyi pik həddə çatdırıb. İranın Ali dini rəhbəri Əli Xameneyi Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə amerikalılara hücum ediləcəyi təqdirdə İrana aid 52 hədəfə "sürətli və güclü zərbə" endiriləcəyini bildirib.

 

Dünya birliyi isə ABŞ və İranı təmkinli olmağa çağırıb.

Müəllif: Ayna.az      7 Yanvar 2020 13:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin