Yanğın getdikcə bütün qitəni cənginə alır - FOTO

Yanğın getdikcə bütün qitəni cənginə alır  -           FOTO

Yanğında ən azı 23 nəfərin, o cümlədən 3 yanğınsöndürənin öldüyü, 17 nəfərin isə itkin düşdüyü bildirilir

 

Avstraliyada güclü meşə yanğınları nəticəsində bütün ölkə qatı tüstü içindədir. AYNA xarici mediaya istinadən xəbər verir ki, indiyədək yanğın nəticəsində 4 milyon hektardan çox meşə sahəsi məhv olub.

 

Yanğında ən azı 23 nəfərin, o cümlədən 3 yanğınsöndürənin öldüyü, 17 nəfərin isə itkin düşdüyü bildirilir. Həmçinin 1,3 mindən çox yaşayış binası, 2,5 minə yaxın inzibati və məişət binaları dağılıb.

 

480 milyon məməli, o cümlədən koalalar, kenqurular, quşlar və sürünənlər yanğınlar nəticəsində ölüb və ya yaşayış yerlərini itiriblər.

Ölkəni cənginə almış yanğının miqyası getdikcə böyüyür -     FOTO

NASA-nın son peyk görüntüsü ekoloji fəlakətin miqyasını daha aydın göstərir.

Müəllif: Ayna.az      5 Yanvar 2020 23:28
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin