Kim Çen In xalqını Yeni il münasibətilə təbrik etmədi

Kim Çen In xalqını Yeni il münasibətilə təbrik etmədi

Şimali Koreya lideri 2013-cü ildən bəri hər ilin bu günü xalqını təbrik edib

 

Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq Yeni il münasibətilə xalqını təbrik etməyib.

 

AYNA xəbər verir ki, o, ənənəvi Yeni il təbriki əvəzinə, yanvarın 1-i səhər tezdən KXDR Əmək Partiyasının mərkəzi komitəsinin plenar iclasını təşkil edib.

 

Xatırladaq ki, Şimali Koreya lideri 2013-cü ildən bəri hər ilin bu günü xalqını təbrik edib. Bu ənənəni 1940-cı ildə babası Kim İr Sen qoyub.

 

Hələlik Kim Çen Inın xalqını təbrik etməmə səbəbi məlum deyil.

Müəllif: Ayna.az      1 Yanvar 2020 23:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin