ABŞ ordusunda "TikTok"dan istifadəyə qadağa qoyuldu

ABŞ ordusunda "TikTok"dan istifadəyə qadağa qoyuldu

"Biz onun iş telefonlarında istifadəsinə icazə vermirik"

 

ABŞ ordusunda "TikTok" tətbiqindən istifadəyə qadağa qoyulub.

 

AYNA "Report" istinadən xəbər verir ki, ABŞ hakimiyyəti bu tətbiq vasitəsilə istifadəçilərinin şəxsi məlumatlarının oğurlandığını düşünür.

 

"Bu ("TikTok" tətbiqi - red.), təhlükəsizlik üçün təhdid hesab olunur. Biz onun iş telefonlarında istifadəsinə icazə vermirik", - ABŞ ordusunun nümayəndəsi Robin Oçoa bildirib.

 

Qərar ABŞ Müdafiə Nazirliyi tərəfindən bu sosial şəbəkənin təhlükələri barədə dekabrın 16-da verdiyi xəbərdarlıqla əlaqədar qəbul edilib.

 

R.Oçoanın sözlərinə görə, hərbçilər şəxsi mobil cihazlarda tətbiqdən istifadə edə bilərlər.

Müəllif: Ayna.az      31 Dekabr 2019 11:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin