Bu gündən “sarı jiletlilər”ə aksiya keçirmək qadağan edildi

Bu gündən “sarı jiletlilər”ə aksiya keçirmək qadağan edildi

Mitinq keçirməyə icazə verilməyəcək

 

Paris prefekturası polisi bu gündən “sarı jiletlilər”in Yelisey sarayı yaxınlığında aksiya keçirməsinə qadağa qoyub.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bayram tədbirləri ilə əlaqədar “sarı jiletlilər”ə Şarl de Qoll meydanında, Yelisey sarayı ətrafında, digər mərkəzi ərazilərdə, o cümlədən Parlament binası yaxınlığında, vağzallarda mitinq keçirməyə icazə verilməyəcək.

 

Daha əvvəl Daxili işlər naziri Kristof Kastaner Yeni il ərəfəsində bütün ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə 100 min polis və hüquq-mühafizə orqanı əməkdaşının cəlb ediləcəyini bildirmişdi.

Müəllif: Ayna.az      31 Dekabr 2019 05:07
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin