Əllidən çox namizəd seçkidə iştirakını dayandırdı

Əllidən çox namizəd seçkidə iştirakını dayandırdı

1305 nəfər fərdi qaydada namizədliyini irəli sürüb

 

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib.

 

AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

 

Bildirib ki, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb. 13 nəfər təşəbbüs qrupları tərəfindən, 1305 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

 

M.Pənahov sözlərinə görə, müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb, 124 nəfəri qaytarıb, 16-ı isə qeydə alınb. 56 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.

Müəllif: Ayna.az      28 Dekabr 2019 16:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin