Yeni DOST mərkəzi açılıb

Yeni DOST mərkəzi açılıb

Prezident mərkəzin kollektivi ilə görüşüb

 

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

 

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ölkə rəhbəri mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib. Prezident mərkəzin kollektivi ilə görüşüb.

Daha sonra ölkə başçısı Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Müəllif: Ayna.az      24 Dekabr 2019 13:53
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin