Gəncədə küçədə yeni doğulmuş körpə tapılıb

Gəncədə küçədə yeni doğulmuş körpə tapılıb

Körpə xəstəxanaya aparılıb

 

Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

 

 AYNA-nın "Report"a istinadən məlumatına görə, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb. 

 

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az      24 Dekabr 2019 09:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin