Mühafizəkarların qələbəsi reallaşır

Mühafizəkarların qələbəsi reallaşır

"Exit poll"un nəticələri açıqlanıb

 

“Exit poll”un nəticələrinə əsasən, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası liderdir.

 

AYNA “Report”a istinadən xəbər verir ki, nəticələrə görə, mühafizəkarlar 650 yerlik İcmalar Palatasında 368, leyboristlər 191, Liberal Demokratlar 13, Şotlandiya Milli Partiyası 55, Uels Partiyası 3, yaşıllar 1, müstəqil namizədlər isə 19 yer tutacaq.

 

Əgər “Exit poll”un nəticələri seçkinin rəsmi nəticələri ilə eynilik təşkil etsə mühafizəkarlar öz proqramlarına uyğun olaraq dərhal Avropa Birliyindən çıxmaq haqqında sazişi təsdiqləyəcəklər və 31 yanvar 2020-ci ildə Böyük Britaniya rəsmi şəkildə Avropa İttifaqını tərk edəcək. Keçid dövrü ilin sonunda yekunlaşacaq. 

Müəllif: Ayna.az      13 Dekabr 2019 06:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin