Paytaxtdakı yanğın bölgəsinə helikopterlər cəlb edilib - FOTO, VİDEO

Paytaxtdakı yanğın bölgəsinə helikopterlər cəlb edilib -     FOTO, VİDEO

"EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi davam edir

 

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi davam edir. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, əraziyə əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

 

Qeyd edək ki, 10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

 

Baş vermiş yanğınla bağlı, bu gün saat 08:18-də Təcili Tibbi Yardıma çağırış daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi Yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

 

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Hadisə səbəbindən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələri tövsiyə olunur.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      10 Dekabr 2019 10:44
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin