Cəlilabadda yol qəzası: ölən və yaralanan var

Cəlilabadda yol qəzası:     ölən və yaralanan var

Yaralılar xəstəxanaya çatdırılıb

 

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.

 

Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

 

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      8 Dekabr 2019 12:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin