Netanyahu Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb

Netanyahu Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb

Putinlə Netanyahu arasında telefon danışığı olub

 

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı İran, Suriya və İsrailin təhlükəsizliyini müzakirə edib.

 

AYNA xəbər verir ki, bu barədə Netanyahu özünün Twitter hesabında yazıb.

 

“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. İran məsələsini, Suriyadakı vəziyyəti, İsrailin təhlükəsizlik tələblərini və iki ölkənin ordusu arasında gözlənilməz qarşıdurmaların yaranmaması istiqamətində davamlı addımların atılmasını müzakirə etdik”

 

Bundan əvvəl rəsmi Kreml rəhbərlərin iki ölkə arasında Suriya istiqamətində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdiyini bildirmişdi.

 

Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Müəllif: Ayna.az      8 Dekabr 2019 08:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin