Xaricdə yaşayan azərbaycanlıların diqqətinə!

Xaricdə yaşayan azərbaycanlıların diqqətinə!

İyulun 8-14-ü tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsi təşkil ediləcək

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün 8-14 iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsi təşkil edir.

 

DİDK-nın mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ikinci dəfə təşkil olunacaq düşərgədə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar iştirak edəcək.

 

Düşərgədə iştirak edəcək həmvətənlərimizdən biri Fərid Əhmədlidir. O, ixtisasca həkim-radioloqdur. Hazırda Almaniyada yaşayır və düşərgədə iştirak etmək üçün vətənə gələcək.

 

Fərid Əhmədovun təşkil olunacaq düşərgə ilə bağlı video-müraciətini təqdim edirik:

Müəllif: Ayna.az      2 İyul 2019 19:50
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin