Məşhur şirkətlər qrupuna aid MMC ləğv olundu

Məşhur şirkətlər qrupuna aid MMC ləğv olundu

MMC bütün hüquq və öhdəliklərini holdinqə ötürdüyünü bəyan edib

 

Azərbaycanın aparıcı ticarət holdinqi “Veysəloğlu” MMC-nin şirkətlərindən biri - “V-Trade” Məhdud Məsuliyyətli Cəmiyyət ləğv olunur.

 

AYNA xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb. 

 

Qeyd olunur ki, şirkət “Veysəloğlu”ya qoşularaq ləğv edildiyini, bütün hüquq və öhdəliklərini holdinqə ötürdüyünü bəyan edib. 

 

Xatırladaq ki, “V-Trade” MMC Bakı şəhəri, Nizami rayonu, 2-ci Eninə küçəsi, ev 2 ünvanında fəaliyyət göstərir. 

Müəllif: Ayna.az      5 Dekabr 2019 17:52
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin