Prezidentdən yeni təyinat

Prezidentdən yeni təyinat

Gündüz Kərimov Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib

 

Prezident İlham Əliyev Prezidentinin Administrasiyasına yeni şöbə müdiri təyin edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilsin”.

Müəllif: Ayna.az      2 Dekabr 2019 15:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin