Rusiyadan Ukrayna ilə bağlı gözlənilməz qərar

Rusiyadan Ukrayna ilə bağlı gözlənilməz qərar

Döyüş gəmiləri 18 noyabrda razılaşdırılmış yerlərə çatdırılacaq

 

Rusiya Qara dənizdə Kerç boğazı yaxınlığında ələ keçirilən döyüş gəmilərini Ukraynaya təhvil verəcək.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat verib.

 

“Ukrayna ilə əldə edilən razılaşmaya əsasən, “Nikopol”, “Yeni Kapu” və “Berdyansk” döyüş gəmiləri 18 noyabrda razılaşdırılmış yerlərə çatdırılacaq”, - deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Rusiya hərbi gəmiləri Qara dənizdə Kerç boğazı yaxınlığında “Qara dənizin sularını pozmaq” iddiası ilə Ukrayna Dəniz Qüvvələrinə aid üç gəmini və gəmi heyyətini ələ keçirmişdi.

Müəllif: Ayna.az      18 Noyabr 2019 11:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin