Sonsuzluğun daha bir səbəbi açıqlandı

Sonsuzluğun daha bir səbəbi açıqlandı

Kişilərin bu qidalardan uzaq durması məsləhət görülür

 

Fast-food qidalarının daha bir zərəri aşkarlanıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Harvard universitetində aparılan araşdırmalara görə müntəzəm olaraq Fast-food-la qidalanmaq kişilər üçün olduqca zərərlidir.

 

Belə ki, normadan artıq Fast-food ilə qidalanmaq sonsuzluğa səbəb olur. Bu da sözügedən qidaların kişilərdə spermanın keyfiyyətini aşağı salması ilə əlaqədardır.

 

Araşdırmada yaşı 18-20 arası olan 3000-dən çox kişi iştirak edib. Onlardan bir qismi daima Fast-food-la qidalansa da, qalanları bu növ qidalardan tamamilə uzaq insanlardır.

 

Nəticələrə görə pizza, qazlı içkilər, şirniyyatlar normadan artıq və müntəzəm şəkildə qəbul olunduqda kişilərdə sonsuzluğa yol açır.

Eləcə də, sağlam və vitaminli, xüsusən də, göyərti ilə qidalanan insanların sperma keyfiyyətinin yüksək olduğu da araşdırmalar nəticəsində məlum olub.

Müəllif: Ayna.az      30 İyun 2019 09:34
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin