Qlobal İqtisadi Forum öz işini başa çatdırıb

Qlobal İqtisadi Forum öz işini başa çatdırıb

Forumda iştirak edən Azərbaycan hökumət nümayəndə heyətinə Baş Nazirin müavini Şahin Mustafayev rəhbərlik edib

 

Şanxay şəhərində keçirilən Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində təşkil edilən Qlobal İqtisadi Forum dünən öz işini başa çatdırıb.

 

AYNA xəbər verir ki, Forum çərçivəsində Çin hökumətinin, o cümlədən bu ölkənin İnkişaf Bankının iştirakı və dəstəyi ilə 10 qlobal beyin mərkəzi ilə Strateji Fəaliyyət Planı üzrə anlaşma protokolu imzalanıb.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqazı həmin fəaliyyət planının icrasında təmsil edəcək beyin mərkəzi olaraq anlaşmanı imzalayan tərəflərdən biri olub. Dörd istiqaməti əhatə edən fəaliyyət planında müasir çağrışlar üzrə elmi və praktik müzakirələrin davam etdirilməsi, birgə tədqiqatlar, insanılar arası əlaqələrin gücləndirilməsi və birgə qlobal və regional tədbirlərin təşkil edilməsi daxildir.

Vugar Bayramov adlı şəxsin şəkli.

Qeyd edək ki, Forum Çin Beynəlxalq İdxal Sərgisi ilə birlikdə keçirilib. Tədbirdə Çin Prezidenti daxil olmaqla, bir sıra ölkələrin aparıcı rəsmilləri iştirak edib. Azərbaycan hökumət nümayəndə heyətinə Baş Nazirin müavini Şahin Mustafayev rəhbərlik edib.

Müəllif: Ayna.az      8 Noyabr 2019 10:42
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin