“Lyama” Türkiyə vətəndaşını ifşa edib

“Lyama” Türkiyə vətəndaşını ifşa edib

Türkiyə vətəndaşı cibində marixuana keçirtmək istəyib

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda, Gürcüstandan idarə etdiyi "Mercedes-Benz" markalı yük avtomobili ilə gələn Türkiyə Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

"Lyama" ləqəbli kinoloji xidməti itin sürücüyə verdiyi reaksiya nəticəsində, onun üzərindəki şalvarın arxa cibindəki pul qabının içərisindən iki ədəd kağız bükümdə ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      6 Noyabr 2019 11:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin