Bu dəfə ayı əti alverçisi saxlanılıb

Bu dəfə ayı əti alverçisi saxlanılıb

Araşdırma materialları Qəbələ Rayon Prokurorluğuna göndərilib

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı məlumat daxil olub.

 

ETSN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, xəbər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib.

 

Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ Rayon Prokurorluğuna göndərilib.

Müəllif: Ayna.az      30 Oktyabr 2019 12:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin