Əsas səhifə Haqqımızda Xəbər lenti

Amerikadan Türkiyəyə yönəlik qalmaqallı bəyanat

Amerikadan Türkiyəyə yönəlik qalmaqallı bəyanat

Pentaqon rəhbəri: “Əgər iddialar öz təsdiqini tapsa, cinayət sayılacaq və Türkiyə buna görə məsuliyyət daşıyacaq”

 

Türkiyə ilə Rusiya arasında növbəti S-400 zenit raket kompleksi alqı-satqısına dair danışıqlar başlayıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə və Sənaye İxracatı qurumundan açıqlama verilib.

 

“Türkiyə ilə Rusiya arasındakı mövcud müqavilə çərçivəsində S-400-lərin bütün sərfiyyatını tamamladıq. Məsələnin öhdəsindən müvəfəqiyyətlə gəldik. Hər şey açıq şəkildə edilib, heç bir boşluq yoxdur”, - deyə məlumatda bildirilib.

 

Moskvadan verilən bu açıqlamadan sonra, ABŞ-ın Müdafiə naziri Mark Esper diqqətçəkən bəyanat verib. O, Türkiyənin Suriyada keçirdiyi (müvəqqəti dayandırılan) “Sülh çeşməsi” əməliyyatı ilə bağlı mübahisə yaradacaq fikirlər səsləndirib.

 

“Türkiyə ilə birlikdə hərəkət edən Suriya Milli Ordusu (SMO) üzvlərinin cinayət törətdiklərinə dair bir çox iddialar var. Hesabatlar və iddialar nəzarətə götürülüb. Əgər bunlar öz təsdiqini tapsa, cinayət sayılacaq və Türkiyə də buna görə məsuliyyət daşıyacaq”, - deyə Pentaqon rəhbəri vurğulayıb.

 

Qeyd edək ki, Mark Esper bu açıqlamasından əvvəl Türkiyənin NATO üzvü olduğunu bildirmişdi: “Kürdlərə görə NATO üzrə müttəfiqimizlə müharibə aparası deyilik”.

Müəllif: Ayna.az      23 Oktyabr 2019 16:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin