İrandan gələn sərnişin avtobusunda qaçaqmal aşkarlanıb

İrandan gələn sərnişin avtobusunda qaçaqmal aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən 800 ədəd "Senator Grand Vırgınıa", 3000 ədəd "Kent Nanotek 2" və 200 ədəd "Kent Nano" markalı siqaret müsadirə edilib

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Mercedez-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan Respublikasının iki vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunublar.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan ediləsi hər hansı bir predmetin olmadığını bildiriblər. Daha sonra sərnişin avtobusuna gömrük baxışı keçirilib.

 

Yoxlama zamanı avtobusunun arxa qapısının girəcəyində yerləşən tullantıların atılması üçün nəzərdə tutulan və ön cihazlar panelinin sağ hissəsində əşyaların qoyulması üçün nəzərdə tutulan yerin altındakı boşluqlardan, gömrük nəzarətindən gizlədilən 800 ədəd "Senator Grand Vırgınıa", 3000 ədəd "Kent Nanotek 2" və 200 ədəd "Kent Nano" markalı siqaret aşkar edilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      14 Oktyabr 2019 14:13
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin