Türkiyə prezidenti Azərbaycana səfər edəcək

Türkiyə prezidenti Azərbaycana səfər edəcək

Ərdoğan Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat yerləşdirilib.

 

Qeyd olunub ki, Türkiyə lideri 14 oktyabrda Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. 

 

Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

 

Bakıda Özbəkistanın təşkilata daxil olması, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərarların qəbul edilməsi gözlənilir.

 

Sammit zamanı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı veriləcək.

 

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə də qərar qəbul ediləcək.

 

R.T. Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

 

Türkiyə prezidentinin səfəri oktyabrın 15-də başa çatacaq.

 

Müəllif: Ayna.az      13 Oktyabr 2019 17:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin